Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub | FOTOLAR

Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub |    FOTOLAR
  03 Sentyabr 2025    Oxunub:670
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Hərbi Dəniz Qüvvələri Komandanlığının (HDQ) qərargahında olub.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata əsasən, əvvəlcə Hanoy şəhərində yerləşən “Qəhrəmanlar və şəhidlər" abidəsi və Prezident Ho Chi Minhin mavzoleyi ziyarət edilib, əklillər qoyulub.

Müdafiə naziri Vyetnam HDQ komandanı vitse-admiral Tran Thanh Nghiem ilə görüşüb. Görüş zamanı hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Sonda general-polkovnik Z.Həsənov HDQ briqadasını və "Ha Long" buxtasını ziyarət edib, burada yaradılan şəraitlə tanış olub

AzVision.az

Qalereya




Teqlər: MN  



Xəbər lenti